
Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların sıx yaşadığı mərkəzi bazarda silahlı insident baş verib. Hadisə qızıl mağazasında qeydə alınıb.
Atanın və oğlunun mağazanın sahibləri olduğu bildirilib. Yaralılardan 27 yaşlı gənc xəstəxanada dünyasını dəyişib, atasının vəziyyəti isə ağır olaraq stabildir və əməliyyat olunub.
Hadisənin baş vermə səbəbi hələ məlum deyil və araşdırma davam edir.





