
“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.
QanunTV.az xəbər verir ki, Anar Mehdiyev xüsusilə külli miqdarda — 500 min manatdan artıq vəsaitin mənimsənilməsində ittiham edilir.
Məlumata görə, onun barəsində istintaq dövrü üçün məhkəməyə qədər polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ilkin istintaq tədbirləri davam etdirilir. İşin detalları ilə bağlı əlavə məlumatın yaxın vaxtlarda açıqlanacağı bildirilir.





