
Əliyev Rəhman Əli oğlu 28 may 1970-ci ildə Laçın şəhərində anadan olub. 1990-cı ildə Sovet Ordusundan tərxis olunduqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirib.
Rəhman Əliyev Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O, Laçın rayonunun Suarası, Cağazur, Fərəcan, Qoşasu, Alxaslı və digər kəndlərinin, Qayğı qəsəbəsinin, eləcə də Horadiz və ətraf yaşayış məntəqələrinin müdafiəsi və azad olunması uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib.
Bununla yanaşı, şəhid Füzuli rayonunun Böyük Bəhmənli və Şükürbəyli kəndlərinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda da iştirak edib.
Rəhman Əliyev 1994-cü il yanvarın 13-də Horadiz istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qanuntv.az





