
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən Kiyevə hücum etməməyi xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında məlumat verib.
Prezident Tramp bildirib:
"Mən şəxsən Prezident Putindən bu qeyri-adi soyuq hava şəraitində bir həftə Kiyev və digər şəhərləri atəşə tutmamasını xahiş etdim. Putinin bunu etməyə razı olduğunu dedi. Bu məni yaxşı mənada təəccübləndirdi."
Qeyd edək ki, Trampın bu açıqlaması Rusiya-Ukrayna münaqişəsi fonunda diqqət çəkib.





