
MMA döyüşçümüz Məhəmmədəli Nuruşov Özbəkistanın fenomen döyüşçüsü Şahzod Uzoqov ilə qarşılaşıb.
Qanuntv.az xəbər verir ki, Nuruşov döyüşdə özbək rəqibinə texniki nokautla qalib gəlib.
Qeyd edək ki, qarşılaşma günlərdir sosial şəbəkələrdə səbirsizliklə gözlənilirdi. Bunun əsas səbəbi isə Şahzod Uzoqovun Nuruşovla ilk döyüşündə qışqıraraq rəqibini diksindirməsi olub. Həmin görüntülər sosial mediada viral hal alıb.





