
Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb və yaxın günlərdə ailəsinə təhvil veriləcək.
Bahadur Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, Zar kənd sovetinin sədri kimi fəaliyyət göstərib.
Məlumata görə, B.Kamalov 5 aprel 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı itkin düşüb. O, 8 aprel 1993-cü ildə ermənilər tərəfindən qətlə yetirilib.
İndiyədək mərhumun məzar yeri məlum olmayıb. Kəlbəcərdən məcburi köçkün düşən ailəsi daha sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb.





