
Bakıda doğuşdan sonra ölüm faktı qeydə alınıb.
Hadisə Kliniki Tibbi Mərkəzdə baş verib.
Məlumata görə, Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Sevda Ramiz qızı Məmmədova doğuşdan sonra vəfat edib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri müvafiq ekspertiza rəyindən sonra məlum olacaq.





