
Günel İsmixanova hazırda Gəncə şəhər 22 saylı Məhəmməd Füzuli adına tam orta məktəbin direktoru kimi fəaliyyət göstərərək, öz peşəkarlığı, yüksək idarəçilik mədəniyyəti və məsuliyyətli mövqeyi ilə seçilir. Onun rəhbərlik etdiyi təhsil müəssisəsində nizam-intizam, qarşılıqlı hörmət və sağlam pedaqoji mühit əsas prioritetlərdəndir.
Günel xanım idarəçilik fəaliyyətində prinsipiallıq və ədalət meyarlarını daim ön planda saxlayır. Qərarlarında obyektivliyi, kollektivlə münasibətlərində səmimiyyəti və tələbkarlığı birləşdirərək məktəbdə səmərəli iş mexanizmi formalaşdırıb. Müəllimlərin peşəkar inkişafına dəstək göstərməsi, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi istiqamətində atdığı addımlar onun uzaqgörən rəhbər olduğunu təsdiqləyir.
Şagirdlərin yalnız akademik biliklərinin deyil, eyni zamanda mənəvi-əxlaqi dəyərlər əsasında formalaşmasının vacibliyini xüsusi vurğulayan direktor, məktəbi vətənpərvər, savadlı və məsuliyyətli gənclərin yetişdiyi bir elm ocağına çevirmək istiqamətində ardıcıl fəaliyyət göstərir. Onun təşəbbüsü ilə həyata keçirilən maarifləndirici tədbirlər və sosial layihələr məktəbin ictimai nüfuzunu daha da artırır.
Günel İsmixanova öz işinə məsuliyyətlə yanaşan, təhsilin inkişafını ali məqsəd kimi qəbul edən və rəhbərlik etdiyi kollektivə örnək olan bir təhsil rəhbəridir. Belə peşəkar və prinsipial rəhbərlərin fəaliyyəti ölkəmizin təhsil sisteminin möhkəmlənməsinə və gələcək nəsillərin uğurlu formalaşmasına mühüm töhfə verir.





