
Donald Trump martın 31-dən aprelin 2-dək Çində rəsmi səfərdə olacaq.
Bu barədə Reuters Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Səfər çərçivəsində Trampın Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü gözlənilir. Görüş zamanı tərəflər arasında iqtisadi və ticarət münasibətlərinin müzakirə ediləcəyi bildirilir.
Mənbənin məlumatına görə, danışıqların əsas mövzularından biri tariflərin artımını dayandırmış mövcud ticarət barışığının uzadılması imkanları olacaq.
Qeyd edək ki, ABŞ və Çin arasında ticarət münasibətləri son illərdə qlobal iqtisadiyyata təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.





