
Gürcüstanda yaşayan azərbaycanlı yeniyetmə boksçu Casur Qəhrəmanov 15 yaşadək idmançılar arasında keçirilən ölkə çempionatında böyük uğura imza atıb.
Rustavi şəhərini təmsil edən idmançı 46 kq çəki dərəcəsində mübarizə apararaq final mərhələsində rəqibi Nodar Oqancanyan üzərində qələbə qazanıb.
Gərgin keçən döyüşün sonunda üstün olan Casur Qəhrəmanov çempionatın qızıl medalına layiq görülüb.
Qeyd edək ki, gənc boksçunun bu uğuru Gürcüstanda yaşayan azərbaycanlı icması tərəfindən də böyük sevinclə qarşılanıb. Onun gələcək yarışlarda da uğurlu çıxışı gözlənilir.





