
Türkiyə ölkəsində 30 yaşlarında azərbaycanlı gənc ağır hücuma məruz qalıb.
Qanuntv.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsiyyəti məlum olmayan şəxslər gənci döyərək yaşadığı evin eyvanından aşağı atıblar.
Ağır yaralanan gənc dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti barədə əlavə məlumat verilmir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir və məsul şəxslərin müəyyən olunması üçün hüquq-mühafizə orqanları iş aparır.





