
Qanuntv.az xəbər verir ki, İran ilk dəfə olaraq idarəolunan “Nasrallah” raketlərindən istifadə edib.
Məlumata görə, bu raketlər regionda strateji obyektlərə qarşı hədəfləri dəqiqliklə vurmaq üçün nəzərdə tutulub və sınaq və ya əməliyyat şəraitində ilk dəfə işə salınıb.
Ekspertlər hesab edirlər ki, İranın bu tip idarəolunan raketləri işə salması bölgədə hərbi balansın dəyişməsinə təsir edə və regional təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər.
Qeyd olunur ki, “Nasrallah” raketləri həm də uzunmənzilli və dəqiq zərbələr endirə bilən silah sistemi kimi təqdim edilir.





