
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində üçüncü yer uğrunda İspaniya təmsilçisi Anton Şuxaliyevi məğlub edərək bürünc medal qazanıb.
Digər təmsilçilər mükafatsız qaldı
Bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (70 kq) yarışı mükafatsız başa vurublar.
Turan Bayramov gümüş medal qazandı
Ötən gün Turan Bayramov (66 kq) gümüş medal qazanaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.





