
Azərbaycanlı gənc Bayramzadə Ömər Yaşar oğlu Amerika Birləşmiş Ştatlarında (ABŞ) itkin düşüb.
Qanuntv.az xəbər verir ki, O. Bayramzadə üç həftə əvvəl yaşadığı evdən çıxıb və həmin vaxtdan ondan xəbər yoxdur.
Bildirilir ki, gənc Ohayo ştatının Kolumbus şəhərində yaşayırmış. Məsələ ilə bağlı yerli polisə məlumat verilib və hüquq-mühafizə orqanları axtarışlarını davam etdirir.
İtkin düşən şəxsin tapılması üçün həm yerli sakinlər, həm də ictimaiyyətə müraciət olunub.





