
Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qanuntv.az xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, avtomobilin idarəetmədən çıxaraq kanala aşması nəticəsində iki nəfər hadisə yerində həyatını itirib. Ölənlərin Rasim Yaqub oğlu Nəsibov və Paket Kamran qızı Nəsibova olduğu bildirilir.
Qəza zamanı daha dörd nəfər – Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Nəsibova və Mütəllim Mütəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar tibbi yardım üçün xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.





