
Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayışı qeydə alınıb.
Qanuntv.az xəbər verir ki, hadisə zamanı kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları cəlb olunub. Minaya düşən şəxsin ərazidən çıxarılması və təhlükəsiz şəkildə təxliyəsi istiqamətində işlər aparılır.





