
ABŞ Prezidenti Donald Tramp İranın yeni ali rəhbəri Müctəba Xameneinin səhhətinin ağır olduğunu açıqlayıb.
Qanuntv.az xəbər verir ki, Tramp bu barədə "Financial Times" nəşrinə müsahibəsində danışıb.
Prezident həmçinin bildirib ki, mərhum Əli Xameneinin oğlu barədə uzun müddətdir heç bir məlumat yoxdur:
"Onun oğlu ya ölüb, ya da son dərəcə ağır vəziyyətdədir. Biz onun haqqında heç nə eşitməmişik. O, yoxa çıxıb".





