
Qanuntv.az xəbər verir ki, Misirin Nil deltası ərazisində tədqiqatçılar hərəkətli torpaq qatlarının altında gözlənilməz bir kəşf ediblər.
Məlumata görə, yerin dərinliklərində yaşı 2500 ildən çox olan qədim bir tikili aşkarlanıb. Arxeoloqlar bu kəşfin Misir tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıdığını bildirirlər.
Tikilinin üzə çıxarılması ilə bağlı tədqiqatlar davam etdirilir və arxeoloqlar burada daha çox tarixi abidə və maddi-mədəniyyət nümunələrinin aşkar ediləcəyini gözləyirlər.
Bu tapıntı Misirin qədim şəhər mədəniyyətinin zənginliyini və Nil deltası ərazisinin strateji əhəmiyyətini bir daha nümayiş etdirir.





