
Erməni terrorunun məşhur ideoloqlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb.
Qanuntv.az xəbər verir ki, bu barədə məlumatı onun oğlu Ayk Balayan yayıb.
Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından və "Miatsum" (“birləşmə”) şüarının müəlliflərindən biri olan Zori Balayan 1980-ci illərin əvvəllərində yazdığı "Ocaq" əsəri ilə ermənilər arasında məşhurlaşıb. Kitabda Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib və türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.
Bundan əlavə, Zori Balayan 1994-cü ildə Bakı metropolitenidə törədilmiş qanlı terror hadisəsinin sifarişçilərindən biri kimi də tanınıb.





