SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Livanda İsrail hücumları səbəbindən ümummilli matəm elan edilib
Gündəm / Dünya

Livanda İsrail hücumları səbəbindən ümummilli matəm elan edilib

9-04-2026, 10:32 45
Livanda İsrail hücumları səbəbindən ümummilli matəm elan edilib

İsrailin Beyrut və ölkənin digər şəhərlərinə etdiyi bombardman nəticəsində 254 vətəndaşın həlak olması ilə əlaqədar aprelin 9-da Livanda ümummilli matəm elan edilib.

Qanuntv.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nəvaf Səlam sərəncam verib.

Sərəncama əsasən, dövlət qurumları, ictimai təşkilatlar və bələdiyyələr bağlanacaq, hər yerdə dövlət bayraqları endiriləcək. Hökumət həmçinin radio və televiziya verilişlərinin proqramlarını tənzimləyəcək.

Oxşar xəbərlər