
Qanuntv.az xəbər verir ki, iclasda bir sıra məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.
Belə ki, “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev tərəfindən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası-nın, onun orqanlarının və üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına alan açıqlamalar verildiyi müəyyən olunub.
Bununla bağlı qəbul edilən qərara əsasən, “Turan Tovuz” klubu 15 000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, qərar AFFA-nın intizam qaydalarına uyğun olaraq tətbiq edilib.





