
UFC-nin yarımorta çəki dərəcəsində çempionu İslam Maxaçev İtaliyaya səfəri zamanı qarətçilərin hədəfinə çevrilib.
Qanuntv.az xəbər verir ki, bu barədə idmançı özünün Instagram hesabında məlumat verib.
Onun sözlərinə görə, hadisə zamanı pulqabısı və pasportu oğurlanıb. Daha sonra pasport geri qaytarılsa da, digər əşyaları tapılmayıb.
“Pulqabım və pasportum qalmışdı, pasportu qaytardılar. Çamadandakı ən dəyərli şey son oyundan sonra Xviça Kvarasxeliya tərəfindən hədiyyə edilən butslar idi. Xalça da qalıb, başqa heç nə lazım deyil”, – deyə Maxaçev bildirib.
Qeyd edək ki, 34 yaşlı döyüşçünün MMA karyerasında 28 qələbə və 1 məğlubiyyət var. İslam Maxaçev 2025-ci ildə iki çəki dərəcəsində UFC çempionu titulunu qazanan ilk rusiyalı olub.





