
Azərbaycan Ermənistandan ilk dəfə məhsul idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verilir. Bildirilir ki, cari ilin mart ayında Ermənistandan Azərbaycana ümumi dəyəri 960 ABŞ dolları olan mal idxal olunub.
Məlumata görə, bu ilin ilk üç ayı ərzində Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, bu fakt iki ölkə arasında uzun illərdən sonra qeydə alınan ilk rəsmi idxal əməliyyatı kimi diqqət çəkir.





