
Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, test mərhələsindən uğurla keçən namizədlərin nəticələri onların şəxsi səhifələrinə göndərilib. Müsabiqənin növbəti mərhələsi olan müsahibələrə 30 apreldən etibarən start veriləcək.
Qeyd olunub ki, müsahibələr müvafiq regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. Müsahibənin tarixi və keçiriləcəyi məkan barədə məlumatlar namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.
Müsabiqənin məqsədi məktəbəqədər təhsil müəssisələrində idarəetmənin daha peşəkar və şəffaf şəkildə təşkil edilməsidir.





