
Milli Onkologiya Mərkəzində baş vermiş partlayış zamanı ağır xəsarət alan həkim-radioloq Asif Nəsirli həyatını itirib.
Məlumata görə, uzun illər tibb sahəsində çalışan Asif Nəsirli peşəkar fəaliyyəti ilə həmkarları və pasiyentləri arasında böyük hörmət qazanmışdı.
Qeyd edək ki, A.Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.
2008-ci ildən etibarən isə Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.





