
Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri yekunlaşıb. Yarışda Azərbaycan milli komandası ümumilikdə 3 bürünc medalla çıxışını başa vurub.
Son yarış günündə +100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçularımız Camal Qamzatxanov və Uşanqi Kokauri üçüncü yeri tutaraq bürünc medal qazanıblar.
Bununla da Azərbaycan cüdo millisi turniri 3 bürünc medalla tamamlayıb.
Qeyd edək ki, “Böyük Dəbilqə” seriyası cüdo üzrə ən nüfuzlu beynəlxalq yarışlardan biri hesab olunur və dünya reytinq xallarının toplanmasında mühüm rol oynayır.





