
Beyləqan rayonunda ölüm hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, rayonun Eyvazallar kənd sakini Elvin Aslanlı vəfat edib. Məlumata görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.
Bildirilib ki, Elvin Aslanlı bu il Eyvazallar kənd tam orta məktəbinin 11-ci sinfini bitirib və məzun olub.
Gəncin vaxtsız vəfatı ailəsi, yaxınları və kənd sakinləri tərəfindən dərin hüznlə qarşılanıb.
Elvin Aslanlı doğulduğu Eyvazallar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin.





