
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində dənizdə boğulan qadının kimliyi məlum olub.
Məlumata görə, hadisə nəticəsində həyatını itirən şəxs Zabrat qəsəbə sakini, 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasovadır.
R.Abbasova Kəlbəcər rayon 84 saylı tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. Həmkarlarının sözlərinə görə, o, pedaqoji fəaliyyəti dövründə uğurları ilə seçilib, şagirdlərinin ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etməsinə töhfə verib.
Hadisənin Pirşağı çimərliyində qadının dənizdə çimərkən boğulması nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.





