SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » "Qarabağ" Avropa Liqasına qələbə ilə başladı – "Vestri"yə 3 cavabsız qol
Gündəm / İdman

"Qarabağ" Avropa Liqasına qələbə ilə başladı – "Vestri"yə 3 cavabsız qol

9-07-2026, 22:28 50
"Qarabağ" Avropa Liqasına qələbə ilə başladı – "Vestri"yə 3 cavabsız qol


UEFA Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycanın təmsilçisi "Qarabağ" İslandiyanın "Vestri" komandası üzərində inamlı qələbə qazanıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.

Matçda hesab 30-cu dəqiqədə açılıb. Zakaria Savo dəqiq zərbə ilə komandasını önə keçirib. İlk hissəyə əlavə olunmuş ikinci dəqiqədə Abdulla Zubir fərqi iki topa çatdıraraq "Qarabağ"ın üstünlüyünü artırıb.

Oyunda son nöqtəni isə 86-cı dəqiqədə Renaldo Sefas qoyub. Beləliklə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Avropa Liqasındakı çıxışına inamlı qələbə ilə start verib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də İslandiyada keçiriləcək. Bu cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Şimali İrlandiyanın "Qlentoran" və Latviyanın RFS komandaları arasında keçirilən qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Oxşar xəbərlər