
Futbol üzrə 2026-cı il dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək.
Bu gün Bakı vaxtı ilə saat 23:00-da İspaniya millisi Belçika yığması ilə üz-üzə gələcək. Qarşılaşma yarımfinala vəsiqə baxımından böyük əhəmiyyət daşıyır.
Hər iki komanda turnirdə uğurlu çıxışı ilə diqqət çəkib. İspaniya və Belçika yığmaları növbəti mərhələyə yüksəlmək üçün meydanda bütün güclərini ortaya qoyacaqlar.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk qarşılaşmasında Fransa millisi Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. İspaniya - Belçika cütünün qalibi yarımfinalda Fransa ilə qarşılaşacaq.





