
Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Məlumata görə, 125 kiloqram çəki dərəcəsində çıxış edən Yusif Dursunov final görüşündə rusiyalı rəqibi Soslan Qabuyevlə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Bununla da Yusif Dursunov U-20 Avropa çempionu adına layiq görülərək Azərbaycan idmanına növbəti uğuru qazandırıb.
Qeyd edək ki, Skopyedə keçirilən U-20 Avropa çempionatı gənc güləşçilərin ən nüfuzlu beynəlxalq yarışlarından biri hesab olunur.





