
Azərbaycanın tanınmış karateçisi, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayevin ailəsinə ağır itki üz verib.
Qanuntv.az xəbər verir ki, idmançının atası Mahir Ağayev bu gün günorta saatlarında vəfat edib.
Mahir Ağayevin vəfat xəbəri yaxınları və idman ictimaiyyəti tərəfindən dərin kədər hissi ilə qarşılanıb.
Qeyd edək ki, Rafael Ağayev Azərbaycan idmanının ən məşhur simalarından biri olmaqla yanaşı, ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən idmançılar sırasında xüsusi yer tutur.
Qanuntv.az kollektivi mərhum Mahir Ağayevə Allahdan rəhmət diləyir, Rafael Ağayevə və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.





