
Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında yerləşən minalanmış ərazidə yanğın başlayıb.
Qanuntv.az xəbər verir ki, ərazinin minalarla çirklənmiş olması yanğınsöndürmə işlərini mürəkkəbləşdirir.
Hazırda aidiyyəti qurumlar tərəfindən yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Yanğının başvermə səbəbi və digər təfərrüatlar araşdırılır.





