
2026-cı il futbol üzrə dünya çempionatının final qarşılaşmasına ABŞ-də yerləşən məşhur "MetLife" stadionu ev sahibliyi edəcək.
80 633 tamaşaçı tutumuna malik arena turnirin həlledici görüşü üçün seçilib. Dünyanın ən nüfuzlu idman arenalarından biri hesab olunan stadion final matçında minlərlə azarkeşi qəbul edəcək.
Qeyd edək ki, "MetLife" stadionu ABŞ-də yerləşir və müxtəlif beynəlxalq idman yarışları, eləcə də iri miqyaslı tədbirlərə ev sahibliyi etməsi ilə tanınır.





