
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 100 ABŞ dolları həddini ötüb.
Qanuntv.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85 faiz bahalaşaraq 100,56 ABŞ dolları təşkil edib.
Bununla da "Azeri Light" markalı neft uzun fasilədən sonra yenidən 100 dollar psixoloji həddini keçib. Əvvəlki ticarət sessiyasında isə Azərbaycan neftinin bir barelinin qiyməti 98,73 ABŞ dolları olub.
Qeyd edək ki, dünya enerji bazarında müşahidə olunan qiymət artımları qlobal neft bazarındakı dəyişikliklər, geosiyasi proseslər və tələbatın artması ilə əlaqələndirilir.





