
Prezident İlham Əliyev "Kraudfandinq haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Yeni qanunun əsas məqsədi iqtisadi fəaliyyət subyektlərinin, xüsusilə startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyələşmə imkanlarına çıxışını genişləndirmək, informasiya ehtiyatları və sistemləri, eləcə də kapital bazarının imkanlarından istifadə etməklə onların biznes fəaliyyətinin inkişafını dəstəkləməkdir.
Sənəd həmçinin kraudfandinq mexanizmləri vasitəsilə maliyyələşmədə iştirak edən investorların hüquq və qanuni mənafelərinin qorunmasını təmin etməyə yönəlib.
Bununla yanaşı, dövlət başçısı "Kraudfandinq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqinin təmin edilməsi ilə bağlı müvafiq fərman da imzalayıb.
Qanunun tam mətni ilə President.az portalında tanış olmaq mümkündür.




