
2025-ci il dekabrın 26-da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda Prezident İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 45 hakim and içib.
Ali Məhkəmənin sədri İnam Kərimov yeni hakimləri təbrik edərək, onlara ədalətli, vicdanlı və məsuliyyətli fəaliyyət arzulayıb. Bildirilib ki, hakimliyə namizədlərin seçimi davamlı xarakter daşıyır və yeni nəsil hakim korpusu çevik şəkildə komplektləşdirilir.
Yeni təyin olunan hakimlər “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq and içərək, ədalət mühakiməsini Konstitusiya və qanunlara tam uyğun həyata keçirəcəklərinə söz veriblər. Hakim vəzifəsinə təqdim olunan şəxslərə xüsusi geyim forması da təqdim olunub.
Həmçinin, Səbinə İsmayılova və Elvin Teymur-Zadə çıxış edərək, göstərilən etimadı doğruldacaqlarına və ədalət prinsiplərinə sadiq qalacaqlarına söz veriblər.








