
ABŞ-nin müdafiə naziri Pit Heqset Rusiyanın hava hücumundan müdafiə sistemini istehza ilə tənqid edib.
Qanuntv.az xəbər verir ki, nazir çıxışı zamanı üç gecə əvvəl ABŞ qüvvələrinin Venesuelanın paytaxtı Karakasın mərkəzinə daxil olduğunu xatırladıb. Onun sözlərinə görə, əməliyyat zamanı ABŞ-a məxsus təxminən 200 ən yaxşı hərbi qüvvə şəhərin mərkəzinə qədər irəliləyib.
Pit Heqset bildirib ki, bu prosesdə Rusiyanın hava hücumundan müdafiə sistemləri effektiv fəaliyyət göstərə bilməyib.
“Görünür, Rusiyanın hava hücumundan müdafiəsi o qədər də yaxşı işləmirdi, elə deyilmi?” – deyə o qeyd edib.
ABŞ müdafiə naziri əlavə edib ki, əməliyyat tam uğurla başa çatıb və ABŞ qüvvələri bir nəfər də itki vermədən məqsədinə nail olub.





