
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-cı il yanvarın 7-də mina hadisəsi baş verib.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Rəşad Nəriman oğlu Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.
Hadisə zamanı R.Məmmədov ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına təxliyə edilib.
Məlumata görə, xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.





