
ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyaları ilə bağlı kəskin açıqlama verib. O bildirib ki, etirazçıların öldürülməsi halında ABŞ tərəfindən İrana qarşı “çox sərt” zərbə endirilə bilər.
Trampın sözlərinə görə, Vaşinqton İranda baş verən prosesləri diqqətlə izləyir və dinc əhaliyə qarşı zorakılıq qəbuledilməzdir. ABŞ Prezidenti vurğulayıb ki, insan haqlarının pozulması cavabsız qalmayacaq.
Qeyd edək ki, son günlər İranda sosial-iqtisadi problemlər fonunda etiraz aksiyaları davam edir və vəziyyət gərgin olaraq qalır.
Mənbə: QanunTV.az





