
ABŞ Dövlət katibi Marko Rubio İran xalqına dəstək mesajı verib. Rubio öz rəsmi sosial media hesabında bildirib: “ABŞ cəsur İran xalqını dəstəkləyir.”
Qeyd edək ki, İranda son günlər kütləvi etiraz aksiyaları baş verir. Etirazların əsas səbəbləri iqtisadi çətinliklər, valyuta böhranı və siyasi narazılıqlardır. İran hökuməti aksiyaların qarşısını almaq üçün interneti məhdudlaşdırıb və zor tətbiq edir.
ABŞ və bir sıra Qərb ölkələri etirazçılara dəstək ifadə etsə də, Tehran bunu xarici müdaxilə kimi qiymətləndirir.





