
Türkiyə futbolunda mövsümün ilk böyük mükafatı sahibini tapdı. Fənərbağça Atatürk Olimpiya Stadionunda keçirilən Superkubok finalında Galatasaray-ı 2:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxdı.
Qolları Matteo Guendouzi (28-ci dəqiqə) və Jayden Oosterwolde (48-ci dəqiqə) vurdu. Bu qələbə ilə Fənərbağça Türkiyə Superkubokunu 10-cu dəfə qazandı.
Turnirin sonunda komanda azarkeşləri ilə birlikdə qələbəni böyük sevinc içində qeyd etdi.





