
Norveç Nobel Komitəsi Nobel mükafatının başqa şəxsə verilməsinin mümkün olmadığını açıqlayıb.
Komitənin rəsmi saytında yayımlanan məlumatda bildirilib ki, Nobel Mükafatı elan edildikdən sonra onu ləğv etmək, bölmək və ya hər hansı başqa şəxsə vermək qadağandır.
“Nobel Mükafatı elan edildikdən sonra onu ləğv etmək, bölmək və ya başqasına vermək olmaz. Qərar qətidir və əbədi olaraq qüvvədədir”, – deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, yanvarın 6-da Venesuela müxalifətinin lideri Mariya Maçado 2025-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa verməyə hazır olduğunu bəyan etmişdi. O, mükafatı alsa belə, onu ABŞ liderinə həsr edəcəyini bildirmişdi.
Norveç Nobel Komitəsinin açıqlaması isə bu cür addımın hüquqi baxımdan mümkün olmadığını bir daha təsdiqləyib.





