
İşğaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə 2026-cı il yanvarın 11-də humanitar minatəmizləmə əməliyyatları zamanı qeydə alınıb. Minatəmizləmə işlərinə cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
Partlayış nəticəsində Elvin Kərimov ağır xəsarət alıb və onun sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.
Zərərçəkən şəxs dərhal rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.





