
Rusiyanın “Qazprom” şirkəti 2025-ci ilin yekunlarına əsasən mühüm göstərici ilə yadda qalıb. Belə ki, şirkət tarixində ilk dəfə Çinə qaz tədarükünün həcmi Avropa ölkələrinə (Türkiyə daxil olmaqla) ixracı üstələyib.
Qanuntv.az xəbər verir ki, rəsmi məlumatlara görə, ötən il “Qazprom” “Sibirin gücü” (“Sila Sibiri”) qaz kəməri vasitəsilə Çinə 38,8 milyard kubmetr qaz nəql edib.
Şirkət nümayəndələri bildiriblər ki, 2025-ci ildə ixrac coğrafiyası yalnız Çinlə məhdudlaşmayıb. Belə ki, “Qazprom” Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə qaz ixracını da artırıb.
Mütəxəssislər bu göstəricini Rusiyanın enerji ixracında Asiya bazarının rolunun sürətlə artmasının növbəti sübutu kimi qiymətləndirirlər.





