
Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı qanunsuz saxlanılan ov silahları aşkar edilib.
Belə ki, “Sumqayıtçay” yaşayış massivi ərazisində 16 kalibrli “İJ-17” markalı qoşa lüləli ov tüfəngi tapılıb. Bundan başqa, şəhərin 18-ci məhəlləsi ərazisində üzərində nömrəsi silinmiş “İJ-17” markalı tək lüləli ov tüfəngi də aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır, silahlar maddi sübut kimi götürülüb. Polis əməkdaşları tərəfindən şəhər ərazisində qanunsuz silah-sursatın aşkar edilməsi və yığışdırılması istiqamətində profilaktik tədbirlər davam etdirilir.





