
Rəqəmsal hüquq müdafiəçilərinin məlumatına görə, İran hakimiyyəti əksər vətəndaşlar üçün qlobal internetə çıxışı tamamilə dayandırmağı nəzərdə tutan plan hazırlayıb.
“Filterwatch” təşkilatının bildirdiyinə görə, beynəlxalq internetə çıxış yalnız hökumət tərəfindən xüsusi icazə verilmiş şəxslərə mümkün olacaq. Digər vətəndaşlar isə yalnız milli, dövlət nəzarətində olan internetdən istifadə edə biləcəklər.
Bu addım ölkədə internet azadlığı və rəqəmsal hüquqlar sahəsində ciddi narahatlıqlar yaradıb.





