
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib.
Qanuntv.az xəbər verir ki, etimadnamənin təqdim olunması mərasimində səfir Yunanıstan Prezidenti və hökumətinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Yunanıstan rəhbərliyinə çatdırmağı xahiş edib.
Görüş zamanı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb və iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.





