
“Qarabağ” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib. Ağdam təmsilçisi Kiprin “AEK Larnaka” klubundan Jeremi Qnalini transfer edib.
Transfer barədə məlumatı komandanın baş məşqçisi Qurban Qurbanov təsdiqləyib. O bildirib ki, futbolçu yaxın günlərdə Bakıya gələcək.
Qeyd edək ki, “Qarabağ” qış transfer dövründə heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Klub yeni transferlərlə komandanın rəqabət qabiliyyətini artırmağı hədəfləyir.





