
Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində çay sahilindəki beton mühafizə bəndləri çaya aşaraq kənddən keçən yolun bir hissəsini yararsız hala gətirib.
Faktla bağlı müvafiq dövlət qurumlarının nümayəndələri hadisə yerinə cəlb olunub. Çayın axın istiqaməti dəyişdirilir, daralan yol hissəsində təhlükəsizlik tədbirləri görülür.
Məlumata görə, torpaq eroziyası səbəbindən ötən əsrin 70-ci illərində tikilmiş 17 beton bənd çaya düşüb, əlavə beş bənd isə ciddi zədələnib. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.





